Kubada 8 milyon əhali səsvermədə iştirak edib

Kubada 8 milyon əhali səsvermədə iştirak edib

12 milyon əhalisi olan Kubada Milli Məclis üzvlərini 5 il müddətinə seçmək üçün qurulan 23 min 648 seçki qutusunda 8 milyondan çox seçici səs verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Milli Seçki Şurasının verdiyi açıqlamada nəticələrin sistemə ötürüldükdən sonra ictimaiyyətlə paylaşılacağı açıqlanıb.

Milli Seçki Şurasının prezidenti Alina Balseiro seçkinin şəffaf və etibarlı şəkildə başa çatdığını bəyan edərək, seçicilərin iştirak nisbətinin 70,34 faiz olduğunu qeyd edib. Seçkilərdə iştirakın 2018-ci illə müqayisədə 7,91 faiz azaldığı bildirilir.

Qeyd edək ki, müxalifət seçkilərin etibarlı keçirilmədiyini əsas gətirərək ictimaiyyəti bitərəf qalmasını istəyib, hakim partiya isə hamını səs verməyə çağırıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə