Marburq virusu Afrikada can alır

Afrikanın Tanzaniya ölkəsinin şimal-qərbində Marburq virusu 5 nəfərin həyatına son qoyub. SİA xarici mətbuata istinadən xəbər verir ki, yüksək yoluxucu virus Ebolaya çox bənzəyir, hərarət, əzələ ağrıları, ishal, qusma və bəzi hallarda həddindən artıq qan itkisi kimi simptomlarla özünü göstərir. Son illərdə, demək olar ki, Afrikada yüzlərlə insan virusdan ölüb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Marburq virusu yoluxduğu insanların yarısını öldürür.

Bütün xəbərlər Facebook səhifəmizdə