Şimali Makedoniya Ukraynaya 12 ədəd Mi-24 döyüş helikopteri vermək istəyir. SİA xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.
Ölkənin Müdafiə Nazirliyindən bildirilib ki, Şimali Makedoniya bu helikopterləri hələ 2001-ci ildə Ukraynadan alıb. Onların bəziləri işlək vəziyyətdə deyil, lakin 4 ədədi modernləşdirilib və NATO standartlarına uyğunlaşdırılıb.
"Ukraynanın texnikaya həqiqətən ehtiyacı var və Ukrayna Silahlı Qüvvələrinin müdafiəçiləri ondan məharətlə istifadə edirlər", - deyə məlumatda vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə