Nazarovun komandası məğlub oldu

Almaniya 3-cü liqasında 29-cu turun oyunları keçirilib. SİA xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” səfərdə “Meppen”lə qarşılaşıb. Görüş Aue təmsilçisinin məğlubiyyəti ilə başa çatıb - 2:3. Dmitri də bu matçın iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, “Ersgebirge” hazırda 36 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Almaniya 3-cü Bundesliqası, 29-cu tur

"Meppen" - "Ersgebirge" - 3:2

Qollar: Krualix, 8, Pepiç, 78, Purie, 87 - Şrek, 5, Siyariç, 65

Bütün xəbərlər Facebook səhifəmizdə