Aİ Rusiyanın dondurulmuş aktivlərindən 2,6 faiz gəlir gözləyir

Avropa Komissiyası (AK) Rusiya Mərkəzi Bankına məxsus Qərbin dondurduğu aktivlərin investisiyasından 2,6 faiz gəlir əldə etmək imkanını nəzərdən keçirir. SİA xəbər verir ki, bu barədə “Politico” qəzeti AK sənədinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Aİ hesab edir ki, Rusiya Mərkəzi Bankının dondurulmuş 300 milyard dollarlıq ehtiyatlarının təxminən üçdəikisi Yeddilik qrupu ölkələri, Aİ ölkələri və Avstraliyadadır. Qəzet xüsusilə qeyd edib ki, 191 milyard avro Belçikada, 21 milyard avro isə adı çəkilməyən başqa bir Aİ ölkəsindədir. AK sənədinə görə, əldə olunacaq məbləği yüksək reytinqli və nisbətən qısa müddətə malik “likvid aktivlərə” sərmayə qoymaqla orta hesabla təxminən 2,6 faizlə əhəmiyyətli illik gəlir qazanıla bilər.

Nəşr bildirib ki, dondurulmuş aktivlərdən istifadə məsələsi ekspert qrupunun martın 28-də keçiriləcək iclasında müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə