“Qardaş” da olsaq, amma cibimiz ayrı...

Qazaxıstan aprelin 1-dən Avrasiya İqtisadi Birliyi ölkələri ilə ticarətdə malların izlənməsi mexanizmini tətbiq edəcək

Aprelin 1-dən Qazaxıstan kölgə dövriyyəsini azaltmaq və vergi itkilərini aradan qaldırmaq üçün Avrasiya İqtisadi Birliyi ölkələri ilə qarşılıqlı ticarətdə mallar üçün göndərmə fakturalarının məcburi verilməsini tətbiq edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” Respublika Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin nümayəndəsi Kadır İsmayılova istinadən yayıb.

Kadır İsmayılov aydınlaşdırıb ki, əvvəllər layihə 2020-ci ilin dekabr ayından könüllülük əsasında pilot rejimdə həyata keçirilib.

Öz növbəsində “Financial Times” və “Eurasianet” yüksək rütbəli Qazaxıstan rəsmilərinə istinadən yazıblar ki, respublika sanksiyalardan yayınma ehtimalının qarşısını almaq üçün real vaxt rejimində tranzit zamanı malları izləməyə başlayacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə