Ollanddan etiraf: Qərb Minsk razılaşması ilə Rusiyanı aldadıb

Fransanın keçmiş prezidenti Fransua Olland, Ukrayna və Avropa İttifaqını gücləndirmək üçün bağlanan Minsk razılaşmaları son nəticədə Kiyevin əlinə keçdiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, fransız siyasətçi bunu martın 25-də şənbə günü dərc olunan Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində etiraf edib.

Qeyd edək ki, Fransua Olland həmkarları, Almaniyanın keçmiş kansleri Angela Merkel və Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun ardınca, Minsk razılaşmalarının Kiyevə hərbi güc yaratmağa imkan verə biləcək vaxt üçün lazım olduğunu deyib.

Ollandın sözlərinə görə, Fransa və Almaniya sonradan Ukraynadakı münaqişənin qarşısını almağa çalışıblar. Lakin onlar bunu edə bilməyiblər, çünki guya Rusiya prezidenti Vladimir Putin xüsusi hərbi əməliyyata başlamazdan əvvəl Ukrayna və Qərbin Silahlı Qüvvələrinin sərt reaksiyasının mümkünlüyünə inanmırmış.

Bundan başqa, yenə də Ollandın dediyinə görə, Qərb şirkətləri Rusiyanı xeyli tez tərk etməli və “Şimal axını 2” qaz kəmərinin tikintisi isə tikinti mərhələsində qadağan edilməli imiş.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə