Putin Kremldəki mənzilindən danışıb

Rusiya prezidenti Vladimir Putin “Rossiya 24” telekanalında Pavel Zarubinə müsahibəsində Çin prezidenti Si Cinpini Kremldəki mənzilinə dəvət etdiyini və orada dünyadakı vəziyyəti müzakirə etdiklərini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” yayımlayıb.

Beləliklə, Putin deyib ki, işgüzar nahardan sonra Si Cinpini başqa otağa - Rusiya liderinin son vaxtlar çox vaxt keçirdiyi, tez-tez işlədiyi və yatdığı mənzilə keçməyə dəvət edib: “Kaminin yanında oturub çay içərək hər şeyi yavaş-yavaş danışdıq”.

Dövlət başçısı əlavə edib ki, siyasətçilər dünya hadisələrini müxtəlif aspektlərdə müzakirə ediblər.

Xatırladaq ki, Si Cinpin Moskvaya bazar ertəsi, martın 20-də gəlmişdi. Həmin gün onun Rusiya lideri ilə qeyri-rəsmi görüşü oldu. Putinlə söhbətdən sonra Si Tsinpin, Pekinin Ukrayna böhranının siyasi yolla həllinə kömək etməkdə konstruktiv rol oynamağa davam edəcəyini bildirib.

Rusiya prezidentinin sözlərinə görə, danışıqlar uğurlu və konstruktiv keçib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə