“Şimal axını”nda tapılan obyekt partlayıcı deyilmiş

Rusiya Danimarkadan cavab alıb ki, “Şimal axını” boru kəmərinin yanında tapılan obyekt partlayıcı deyil.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

Rusiya Prezidenti hesab edir ki, artıq rusiyalı mütəxəssislərin “Şimal axını”nda aşkar edilmiş əşyanın ekspertizasında iştirakının mənası yoxdur, çünki Danimarkaya görə, həmin əşya partlayıcı deyil. “Bizim üçün, açığını desəm, məqsəd kimisə nəyəsə görə mühakimə etmək deyil, təhlükəsizliyi təmin etmək idi ki, başqa partlayışlar olmasın”, - deyə Putin əlavə edib.

Qeyd edək ki, “Şimal axını” boru kəmərində əvvəlki terror aktının baş verdiyi yerdən 30 kilometr aralıda naməlum obyekt tapılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə