''Yəməndə 11 milyon uşağın humanitar yardıma ehtiyacı var''

UNICEF Yəməndə 11 milyon uşağın humanitar yardıma ehtiyacı olduğunu, yardımların davam etdirilməsi üçün təcili olaraq 484 milyon dollara ehtiyac olduğunu açıqlayıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondundan (UNICEF) verilən yazılı açıqlamada deyilir: "Yəməndə səkkiz ildir davam edən qarşıdurmalar milyonlarla uşağın həyatını məhv edib. Ölkədə 11 milyon uşağın humanitar yardıma ehtiyacı var''.
Açıqlamada uşaqların həyatını xilas edən humanitar yardımın davam etdirilməsi üçün UNİCEF-in təcili olaraq 484 milyon dollara ehtiyacı olduğu, lazımi dəstəyin verilməyəcəyi təqdirdə uşaqlara edilən yardımların məhdudlaşdırılacağı bildirilib.
Xatırladaq ki, Yəmənin paytaxtı Səna və bəzi bölgələri 2014-cü ilin sentyabr ayından etibarən İran tərəfindən dəstəklənən husilərin nəzarətindədir.
Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri 2015-ci ilin mart ayından etibarən husilərlə mübarizə çərçivəsində Yəmən hökumətinə dəstək verir.

Bütün xəbərlər Facebook səhifəmizdə