''Zəlzələ bölgələrində görülən işlərlə yaxından maraqlanacağıq''

Prezident Rəcəb Tayyib Ərdoğan hər fürsətdə zəlzələ bölgəsinə gələcəyini və şəhərlərin yenidənqurma işləri ilə yaxından maraqlanacağını bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Rəcəb Tayyib Ərdoğan Hatayda təşkil edilən iftar yeməyində iştirak edib və fevralın 6-da baş verən zəlzələdən zərər çəkən bölgələrdə görülən işlər haqqında danışıb.
“Biz belə ağır fəlakətin öhdəsindən ancaq həmrəyliklə gələ bilərik.
Yaz və yay aylarından ən yaxşı şəkildə istifadə edərək, şəhərlərimizin yenidən qurulmasında əhəmiyyətli məsafə qət etmək istəyirik”,-deyə Türkiye Prezidenti vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, həyat normal axarına düşənədək bələdiyyələrimiz öz fəaliyyətlərini davam etdirəcək, biz də hər fürsətdə bura gəlib dərdinizə şərik olacağıq, görülən işlərlə yaxından maraqlanacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə