Tunis sahillərində qayıq batıb, 34 nəfər itkin düşüb

Tunis sahillərində qayığın batması nəticəsində 34 nəfər həyatını itirib.
Tunisdən İtaliyaya getmək istəyən qaçqınların sayı günü-gündən artır.
SİA-nın əldə etdiyi məlumata görə, bu ölkədə son 2 gündə qaçqınları daşıyan 5 qayığın batdığı bildirilir.
Səlahiyyətlilər qayığın batması nəticəsində 34 afrikalı qaçqının itkin düşdüyünü açuqlayıb.
Sonuncu qayığın batması ilə itkin düşən qaçqınların sayının 67-yə yüksəldiyi bildirilib.
İtaliya sahil mühafizəsi dəstələri ötən gün Aralıq dənizinin 2 fərqli nöqtəsində qeyri-qanuni qaçqınlara qarşı əməliyyat keçirib.
Reggio Calabria bölgəsinin sahil mühafizə xidməti ilə koordinasiyalı şəkildə həyata keçirilən ilk əməliyyatda balıqçı qayığı ilə İtaliyaya getməyə çalışan 295 qaçqın xilas edilib.
İkinci əməliyyatda isə 450 qaçqın xilas edilib.
Birləşmiş Millətlər Təşkilatı 2022-ci ilin eyni dövründə Tunisdən İtaliyaya gələn qaçqınların sayının 1300, bu ilin eyni dövründə isə bu sayın 12 minə yüksəldiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə