"Meta” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq və onun 38 yaşlı həyat yoldaşı Prisilla Çanın üçüncü övladları dünyaya gəlib. SİA xəbər verir ki, Mark Zukerberq bu barədə öz "İnstagram” hesabında paylaşım edib.
O bildirib ki, üçüncü övladları olan qızlarına Aurelia Çan Zukerberq adını veriblər. "Dünyaya xoş gəldin, Aurelia Çan Zukerberq. Sən kiçik bir nemətsən”, - deyə Zukerberq qeyd edib.
Xatırladaq ki, Mark və Prisillanın həmçinin yeddi yaşlı Maksima və beş yaşlı Avqusta adlı qızları var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB