Bu arada ruslar Artemovsk yaxınlığında Djozep Qambur adlı irlandiyalı muzdlu əsgəri məhv etdiklərini yazırlar. Rusların dediyinə görə, xəbər dəqiqdir və onlar bunu hər gün izlədikləri yerli nekroloq saytından əldə ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, ruslar bir müddət bundan əvvəl həmin o nekroloq saytından Xarkov vilayətində yerli sakinlərə işgəncə verən fransalı muzdlunun da məhv edilməsi barədə də xəbərdardırlar
Rus saytlarının yazdığına görə, xarici muzdlular pul mükafatı olaraq 30-100 min qrivna (rus pulu ilə 60-200 min rubl-A.B.) alırlar.
Rusların iddiasına görə, xaricdən gətirilənlərin hərbi əməliyyatlarda iştirakı beynəlxalq standartlarla qadağandır. Buna baxmayaraq, Kiyev və Qərb hələ də döyüş meydanlarına onların gəlməsini təşviq edir.
Çox vaxt onlar sürətləndirilmiş rejimdə Ukrayna vətəndaşlığını alırlar, bundan sonra Ukrayna Silahlı Qüvvələrinə qoşulurlar.
Gərək ki, yadınızda olar, bir müddət bundan əvvəl, rus saytlarının yazdığına görə, guya Suriyadan olan muzdlular ukraynalılara qarşı döyüşmək üçün Rusiyaya gələcəklərinə söz vermişdilər.
Amma sonradan gəlmədilər, niyəsi barədə isə rus saytları heç nə yazmadılar,
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB