ABŞ “MAZ” və “BelAZ” zavodlarını sanksiyalar siyahısına əlavə etməklə Belarusa qarşı sanksiyaları genişləndirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə martın 24-də ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, bir sıra şəxslər məhdudlaşdırıcı tədbirlərə məruz qalıblar.
Bunların sırasında ilk olaraq “BelAZ”-ın rəhbəri Sergey Nikiforoviç və “MAZ”-ın rəhbəri Valeri İvankoviçdir.
Sanksiyalar siyahısına Belarus Mərkəzi Seçki Komissiyasının nümayəndələri də daxil ediliblər. Bunlar isə MSK sədri İqor Karpenko və katib Yelena Baldovskayadır. Bunlardan başqa, Aleksandr Lukaşenkonun təyyarəsi də sanksiyalara məruz qalıb.
Xatırladaq ki, Avropa İttifaqı Şurası Belarusa qarşı sanksiyaların müddətini bir il müddətinə uzadıb.
Yeri gəlmişkən, prezident Aleksandr Lukaşenko, sanksiyalar çərçivəsində Belarus banklarının sabitlik nümayiş etdirərək əmanətlərin təhlükəsizliyini təmin etdiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB