Melitopoldakı küçələrdən birinə Darya Duqinin adı verilir?

Ruslar işğal olunmuş Melitopolun küçələrindən birinə “Rus dünyası” konseptlərinin ideoloqu Aleksandr Duqinin mərhum qızının adını vermək istəyirlər.

SİA yerli mənbələrə istinadən bildirir ki, bu barədə rusların Melitopola rəhbərlik etdiyi əməkdaş Qalina Danilçenko məlumat verib.

O, hazırda Zaporojye vilayətində küçələrin adlarının dəyişdirilməsi məsələsi ilə məşğul olan “ictimai şura” işə başladığını bildirib.

“...Bu gənc qız faşistlərin əlində həlak olub. O, faşistlərdən azad edilmiş şəhərləri gəzib, bizim həyatımız haqqında həqiqətləri danışıb. O, Melitopol şəhəri haqqında bilavasitə məlumat verib, burada olub”.

Qeyd edək ki, Danilçenko bunu öz Teleqram kanalında yazıb.

Xatırladaq ki, rus təbliğatçısının qızı Ukraynadakı müharibəni “bütün Qərblə müharibə” adlandırırdı.

Kiyev haqqında danışarkən şəhərdəki həyatı “nasist rejimi” kimi təqdim etmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə