ABŞ-ın Serbiyadakı səfiri Kristofer Hill 1999-cu ildə NATO-nun bombardmanında həlak olanların ailələrinə başsağlığı verib, serbləri Yuqoslaviyanı bombalamasını bağışlamağa çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə amerikalı diplomat öz “Twitter” səhifəsində yazıb.
ABŞ-ın Serbiyadakı səfiri Kristofer Hill NATO-nun bombardmanında həlak olanların yaxınlarına başsağlığı verərək, serblərin NATO-ya qarşı “kinlərini tərk edəcəklərinə” ümid etdiyini bildirib.
“1990-cı illərdəki müharibələr, o cümlədən NATO-nun hava əməliyyatı zamanı həlak olanların ailələrinə şəxsən başsağlığı verirəm. Bilirəm ki, serblər bu dəhşətli vaxtı heç vaxt unutmayacaqlar, amma onlar bunu bunu etməməlidirlər”.
Amerikalı səfir yazıb bunu.
Xatırladaq ki, martın 24-ü NATO-nun Serbiyadakı bombardmanlarının ildönümüdür.
Onu da qeyd edək k, həmin vaxt hərbi əməliyyat BMT Təhlükəsizlik Şurasının razılığı olmadan, yalnız Qərb ölkələrinin Yuqoslaviya hakimiyyətinin Kosovoda etnik təmizləmə aparması və orada humanitar fəlakət törətməsi ilə bağlı iddiaları əsasında həyata keçirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB