Polşa üçün "gəhagəl" olacaq?

Rusiyanın məğlubiyyəti təkcə Polşa üçün deyil, bütün Avropa üçün həyatın mənası olaca
Polşa üçün "gəhagəl" olacaq?

Avropa İttifaqı Ukraynaya ötürülən silahlara görə Polşaya çox yaxşı təzminat verəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu martın 24-də Avropa İttifaqı sammitinin yekunları üzrə Polşanın baş naziri Mateuş Moravetski jurnalistlərə açıqlamasında bildirib.

Polşalı siyasətçinin sözlərinə görə, Varşava Pasxa bayramına qədər təxminən 300 milyon avro təzminat alacaq. ...Və bundan sonra yaxın aylarda daha 500-600 milyon avro alacağımıza ümid edirik.

Moravetskinin dediyinə görə, Avropa Sülh Fondunun vəsaitlərinin əsas hissəsi Polşaya gedəcək.

Baş nazir onu da vurğulayıb ki, Avropa puluna Varşava müasir silahlar, döyüş sursatları ala, müxtəlif növ silahların istehsalı üçün texnoloji xətlər yarada biləcək.

Xatırladaq ki, Mateuş Moravetski daha əvvəl Rusiyanın məğlubiyyəti təkcə Polşa üçün deyil, həm də bütün Avropa üçün həyatın mənası olacağını demişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə