Emmanuel Makron Çinə səfər edəcək

Bu arada Fransa prezidenti Emmanuel Makron Çinə səfər etməyi planlaşdırdığını açıqlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, fransalı siyasətçi bu barədə martın 24-də Aİ Şurasının Brüsseldə keçirilən iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Maraqlıdır ki, bu səfərin nə vaxt reallaşacağını bildirməyən Makron, amma Avropa Komissiyasının rəhbərinə onu müşayiət etməyi təklif etdiyini bildirib.

“Ursula fon der Leyeni Çinə səfərim zamanı məni müşayiət etməyə dəvət etdim”.

Makron deyib bunu.

Yeri gəlmişkən xatırladaq ki, İspaniyanın baş naziri Pedro Sançes gələn həftə Çin prezidenti Si Cinpinin dəvəti ilə Çinə səfər edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə