"Rusiya münaqişənin sülh yolu ilə həllində maraqlıdır"

Rusiya Ukraynadakı münaqişənin danışıqlar, sülh yolu ilə həllində maraqlıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev aparıcı Rusiya KİV-lərinə müsahibəsində bildirib.

Onun dediyinə görə, guya qarşı tərəf, nədənsə, bunda elə də maraqlı deyil.

“...Başqa bir sual ondan ibarətdir ki, indiyə qədər qarşı tərəfdən, ən azı, açıq şəkildə bizə cavab verirlər ki, bu, onları maraqlandırmır. Onlar bir sadə səbəbə görə cavab verirlər ki, onlara xaricdə bunu etməyə icazə verilmirlər”, - deyən Medvedevin sözlərinə görə, okeanın o tayında yalnız bir alovlu ehtiras və ya məqsəd var - bu, Rusiyaya maksimum ziyan vurmaqdır.

Xatırladaq ki, Çin Xarici İşlər Nazirliyi Pekinin Ukrayna üzrə sülh danışıqlarının irəliləyişində konstruktiv rol oynayacağını bildirib.

Bundan əvvəl İsveçrənin xarici işlər naziri İqnazio Kassis Cenevrədə Ukraynadakı vəziyyətlə bağlı danışıqların getdiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə