"Radioaktiv sunami” yarada bilən sualtı gəmi..?

Martın 21-də Şimali Koreya nüvə yükü daşıya bilən yeni sualtı dronu sınaqdan keçirib.

Şimali Koreya administrasiyası partlayışla iri miqyaslı radioaktiv sunami yarada bilən və düşmən hədəflərinə gizli hücum edə bilən “pilotsuz sualtı nüvə zərbə maşını”nı uğurla sınaqdan keçirdiyini açıqlayıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, sınaqdan fotolar da paylaşılıb. Fotoda Şimali Koreya lideri köstəbək Kim Çen Inin məmnun görüntüləri ilə sanki dünyaya meydan oxuyur.

Bu barədə Dövlət xəbər agentliyi (KCNA) : “Bu gizli silah pilotsuz sualtı hücum gəmisidir. Onun vəzifəsi gizli şəkildə su altında üzmək, düşmən gəmi qruplarını və limanını məhv etmək və sualtı partlayış vasitəsilə supergüclü radioaktiv sunami yaratmaqdır”.

Sınaqlara Şimali Koreya lideri Kim Çen In nəzarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə