Zelenski Çin lideri ilə danışıqlar aparmağı planlaşdırır

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Çin lideri Si Cinpin arasında danışıqlar planlaşdırılır, lakin bəzi çətinliklər var. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

Onun sözlərinə görə, Prezident Aparatı və Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı Çin tərəfi ilə danışıqlar aparır, lakin hazırda Çinin müharibənin nizamlanmasında iştirakı ilə bağlı dəqiq mövqeyi yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl Çin lideri Rusiyaya səfər edib və burada Vladimir Putinlə danışıqlar aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə