Kiyev Belarus və Rusiya ilə sərhəddə xüsusi sərhəd zonası yaradır

Kiyev Belarus və Rusiya ilə sərhəddə xüsusi sərhəd zonası yaratmağa başlayıb. SİA-nın əldə etdiyi məlumata görə, bunu martın 23-də “Rada” telekanalının efirində Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri Andrey Demçenko deyib.

Ukrayna Belarus və Rusiya ilə sərhədlərində eni 2 kilometrə qədər olan xüsusi sərhəd zonası yaratmaq qərarına gəlib.

Bunu deyən Andrey Demçenkonun sözlərinə görə, sərhəd zonasının genişləndirilməsi Ukrayna dövlətinin müdafiə qabiliyyətini gücləndirmək üçün lazımdır.

...Rusiya Federasiyası və Belarusla sərhəddə müdafiə qabiliyyətini gücləndirmək üçün sərhəd zonasının genişləndirilməsi işlərinə başlanılıb. Bu, adi 30-50 m-dən fərqli olaraq, relyefdən və müəyyən ərazilərin möhkəmləndirilməsi üçün mühəndis-istehkam işləri aparmaq imkanından asılı olaraq eni 2 km-ə qədər çata bilən xüsusi sərhəd zonasıdır”.

Qeyd etdiyimiz kimi bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə