Putini tutsalar, Medvedev “dünyanı partladacaq”...

...Müharibənin nəticəsini sənaye həll edəcək.

Gərək ki, yadınızda olar, bunu bir müddət bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq deyib

...Düşmənlərimiz bizim sənayemizin boğulacağını, yəni Ukrayna ilə münaqişədə hər şeyimizi xərcləyəcəyimizi düşünürlər.

Bunu isə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib.

Rusiya hərbi-sənaye kompleksinin hazırkı imkanlarından danışan Medvedev, hazırkı hakimiyyətin təxminən on beş il əvvəldən Rusiya sənayesini modernləşdirməyə başladığını bildirib.

Beləliklə, Stoltenberqin kasad Qərb sənayesi üçün narahatçılıq keçirməsinə baxmayaraq, Medvedev rusları ölkə sənayesi ilə bağlı narahat olmamağa çağırıb.

...Və bir də, Dmitri Medvedev əgər Vladimir Putin Almaniyada həbs olunacağı təqdirdə “dünyanı partladacağına” söz verib.

Maraqlıdır ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavininin dediklərini Azadlıq Radiosunun “Hadisə ilə üz-üzə” proqramında şərh edən rusiyalı siyasətçilər Mixail Lobanov, Denis Şenderoviç, hərbi ekspert Aleksey Melnik, analitik Andrey Kolesnikov və aparıcı Elena Rykovtsevanı belə bir sual düşündürüb: Görən bu halda partlatmaq əmrini Medvedevə kim verəcək?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə