Rusiya sülh prosesinə alternativ görmür

Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi işində sülh prosesinə alternativ görmür.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

“Sülh prosesinə alternativ yoxdur. Biz tərəfləri bəyanatlarda, hərəkətlərdə təmkinli olmağa və nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası, sülh sazişinin hazırlanması, ictimai xadimlər, parlamentarilər arasında görüşlərin keçirilməsi də daxil olmaqla, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə danışıqların bərpa olunmasına çağırırıq”, - deyə M.Zaxarova vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə