"Müharibənin nəticəsini sənaye həll edəcək"

...Qərb ölkələri Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşmalıdırlar, çünki onun həlli üçün hələ perspektiv yoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Britaniyanın “The Guardian” qəzetinə danışan Stoltenberq, Ukraynada gedən döyüşləri “təxribat müharibəsi” adlandırıb və Qərb ölkələrini Ukraynaya sursat, eləcə də və silah tədarük etmək üçün istehsal gücünü artırmağa çağırıb.

Mövcud döyüş sursatı istehlakını hazırkı istehsal tempindən yüksək kimi dəyərləndirən, NATO-nun baş katibi, Qərb ölkələrini, ilk növbədə, ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanı uzun müddət Ukraynaya silah, sursat eləcə də texnikanın ehtiyat hissələri ilə dəstək verməyə hazır olmağa “məhkumluqlarını” bildirib.

Onun sözlərinə görə, bu müharibənin nəticəsini “sənaye güclərinin rəqabəti və uzun müddət dəstək vermək qabiliyyəti həll edəcək”.

Yeri gəlmişkən, bu arada “The Washington Post” nəşri Ukraynanın ABŞ və digər ölkələrdən hərbi dəstəyini artırsa da, Rusiyanın təcavüzünü dəf etmək üçün hələ də qüvvə və silaha malik olmadığını yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə