Ruslara qarşı, hələ ki, yeni sanksiyalar gözlənilmir

Hazırda, yəni hələ ki, Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar paketi müzakirə olunmur. Bunu martın 23-də Avropa İttifaqı sammitinə gələrkən İsveçin baş naziri Ulf Kristersson bildirib.

Onun sözlərinə görə, indi söhbət artıq tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin sistemli şəkildə həyata keçirilməsindən gedir. SİA bu barədə TASS-a istinad edir.

Xatırladaq ki, Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin 2022-ci ildə Rusiyaya ən güclü sanksiya zərbəsi vurduğunu bəyan etmişdi.

Onu da xatırladaq ki, bir müddət bundan əvvəl Avropa İttifaqının Ukrayna böhranı ilə əlaqədar fərdi anti-Rusiya sanksiyalarının müddətini altı ay uzadacağı bildirilmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə