Mövlud Çavuşoğlu Pakistana başsağlığı verib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistanın baş naziri Şahbaz Şərif və xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə telefon əlaqəsi saxlayıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistanın baş naziri Şahbaz Şərif və xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə telefon əlaqəsi saxlayaraq onlara ''keçmiş olsun'' arzularını çatdırıb və təbii fəlakət nəticəsində həyatını itirənlər ilə əlaqədar başsağlığı verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Mövlud Çavuşoğlu telefon danışıqlarında Əfqanıstanın Hindikuş bölgəsində baş verən və Pakistanda da dağıntılara səbəb olan 6,5 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərlə əlaqədar başsağlığı verib.
Pakistanın baş naziri Şahbaz Şərif və xarici işlər naziri Bilaval Bhutto Zərdari də nazir Mövlud Çavuşoğluna təşəkkür ediblər.
Rəsmi ''Twitter'' səhifəsində ingilis dilində paylaşım edən Mövlud Çavuşoğlu zəlzələdən zərər çəkən Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Hindistanla həmrəy olduqlarını bildirib.
“Düşüncələrimiz və dualarımız zəlzələdən zərər çəkənlərlədir”,-deyə Mövlud Çavuşoğlu paylaşımında vurğulayıb.
Mövlud Çavuşoğlu Pakistan və Əfqanıstanda həyatını itirənlərin ailələrinə başsağlığı verib.
Martın 21-də Əfqanıstanın Hindikuş bölgəsində 6,5 bal gücündə zəlzələ baş verib, zəlzələ Pakistan, Hindistan və bəzi Orta Asiya ölkələrində güclü şəkildə hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə