"Mən yenidən seçilmək fikrində deyiləm" - MAKRON

Fransa prezidenti Emmanuel Makron ölkənin pensiya sistemində aparılan islahatlar fonunda bildirib ki, daha bir müddətə seçilməyi planlaşdırmadığı üçün reytinqini Fransanın maraqları naminə qurban verməyə hazırdır. SİA TASS-a istinadən xəbər verir ki, o bu barədə deyib: “Mən yenidən seçilmək fikrində deyiləm, konstitusiyaya görə bunu edə bilmərəm. Ani ictimai rəy sorğuları ilə ölkənin maraqları arasında mən sonuncunu seçəcəyəm”, - deyə, TF1 və “France 2” telekanallarına müsahibəsində bildirib.

“Qeyri-populyarlıqla üzləşməli olsam da, buna hazıram”, - o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə