İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) Suriya ərazisinə düşüb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun tviter hesabında paylaşım edilib.
Məlumata görə, PUA adi uçuş zamanı Suriya ərazisinə düşüb.
Bu məlumatın sızma qorxusunun olmadığı, hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.
Mövzu ilə bağlı daha ətraflı məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə