Zaporojye vilayətinin işğal olunmuş hissəsində ruslar uşaq bağçası binasında hərbi hospital yaradıblar.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı çərşənbə günü, martın 22-si saat 18:00-a Rusiyanın işğalı ilə bağlı operativ məlumatda məlumat verir.
Məlumatda Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki Vesele kəndində, uşaq bağçası binasının ərazisində Rusiya işğalçı qoşunları hərbi hospitalı təchiz etdikləri deyilir.
Bu arada “UNİAN” xəbər agentliyi martın 19-da rayonun işğal olunmuş ərazisindəki xəstəxanalardan birinə 50-yə yaxın ağır yaralı gətirildiyi bildirilir.
Ukrayna saytı, rusların hələ də böyük itkilər verməkdə davam etdiklərindən yazıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə