Qafqazda işsizliyə yeni platforma nəzarət edəcək

Yaxın vaxtlarda Şimali Qafqazda əmək bazarına nəzarət edəcək və regionun bütün vakansiyalarını, eləcə də müxtəlif sahələr üzrə mütəxəssislərin CV-lərini öz məlumat bazasında toplayacaq informasiya platforması fəaliyyətə başlayacaq. Rus saytlarının iddiasına görə, bu, regionda yeni investisiya layihələrinin inkişafına kömək edəcək.

Belə platforma əsas HR (kadrlar xidməti) aqreqatorlarından biri ilə birgə yaradılacaq - o, öz bazasında həm pulsuz mütəxəssisləri, həm də onlar üçün vakansiyaları toplayacaq və bununla da yeni regional investisiya layihələrini kadrlarla təmin edəcək.

Bu, həmçinin Şimali Qafqaz Federal Dairəsi daxilində “ağıllı” miqrasiyaya kömək edəcək və respublikalar üçün xarakterik olan unikal səlahiyyətləri inkişaf etdirməyə imkan verəcək.

Qeyd edək ki, bu layihə təşkilatşılarının iddialarıdır.

Rus saytlarının yazdığına görə, şirkətin mütəxəssisləri artıq Şimali Qafqazda əmək bazarının əsas problemlərini öyrəniblər və layihənin qarşısında duran vəzifələr barədə aydın təsəvvürə malikdirlər. Bu, ilk növbədə, kadr hazırlığında və iqtisadiyyatın real tələbatında tarazlığın aradan qaldırılması, peşəkar kadrlarla təmin edilməsi və müvafiq olaraq əlavə təhsildir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə