Polşanın Belarusla “casus” mübadiləsi oyunu..?

Bu arada Varşava Minskə Rusiyaya casusluqda şübhəli bilinərək Polşada saxlanılan belarusları dəyişdirməyi təklif edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə martın 22-də prezident Aleksandr Lukaşenko jurnalistlərə bildirib.

Bununla belə, Belarus lideri, heç kimin heç nəyi sübut etmədiyini, onların guya Moskvaya işlədiyi deyilən adamların necə insanlar olduğunu göstərmədiyini bəyan edib.

“Polyaklar onları casus elan ediblər. Bu çox sadə bir addımdır, məqsəd isə onlar mübadilə etmək istəyirlər”. Lukaşenkonun dediklərindən belə başa düşülür ki, Polşada sadə adamları tuturlar və sonradan onları Rusiya, eləcə də Belarusiyaya mübadilə şəklində təklif edirlər. Belaruslu liderin dediyinə görə, artıq belə təkliflər əvvəllər də olunub.

Qeyd edək ki, bundan əvvəl Polşa xüsusi xidmət orqanlarının Rusiyanın xeyrinə casusluq etdiyinə görə 9 nəfəri, o cümlədən üç Belarus vətəndaşını saxladıqları bildirilmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə