''BMT Haitidə yaşanan olaylara görə narahatdır''

Birləşmiş Millətlər Təşkilatı (BMT) Haitidə yaşanan hadisələrə görə narahat olduğunu açıqlayıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Haitidə yaşanan vəziyyətlə bağlı açıqlama verən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının sözçüsü Marta Hurtado dəstələr arasında baş verən toqquşmaların getdikcə şiddətləndiyini, paytaxt Port-o Prens və ətrafındakı dəstələrarası nəzarət mübarizəsində insanların hədəfə alındığını bildirib.
Açıqlamaya görə, paytaxt və ətrafında baş verən zorakılıq hadisələri nəticəsində 531 nəfər həyatını itirib, 300 nəfər yaralanıb, 277 nəfər isə qaçırılıb.
Marta Hurtado cinsi zorakılıq hadisələrinin artdığını və dəstələrin məktəb bölgələrində uşaqları qaçırdığını bildirib.
O, həmçinin dəstələr arasında baş verən toqquşmaların ərzaq qiymətlərini yüksəltdiyini və insanların ərzaq təhlükəsizliyinin böhran səviyyələrini yaşadığını deyib.
BMT rəsmisi beynəlxalq ictimaiyyətə insan hüquqları normalarına uyğun olaraq Haitiyə “xüsusi dəstək qüvvəsi”nin göndərilməsi ilə əlaqədar çağırış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə