Vladimir Çurov bu gün 70 yaşında vəfat edib

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş sədri Vladimir Çurov bu gün 70 yaşında vəfat edib. SİA xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Leonid İvlev məlumat yayıb.

Bildirilib ki, Vladimir Çurov əməliyyatdan sonra infarkt nəticəsində ölüb.

Xatırladaq ki, o, 2007-2016-cı illərdə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə