Cənubi Koreya ABŞ-la genişmiqyaslı atəş təlimi keçirməyi planlaşdırır

Cənubi Koreya və ABŞ iyun ayında genişmiqyaslı atəş təlimi keçirməyi planlaşdırır. SİA xəbər verir ki, tədbirlər proqramı müttəfiqlər arasında həmrəyliyi, onların texnoloji üstünlüyünü və “güc vasitəsilə sülh” prinsipinə sadiqliyini nümayiş etdirmək üçün hazırlanıb:

“Koreya Respublikası və ABŞ hərbçilərinin dünyaya və Şimali Koreyaya müdafiə və müdafiə sənayesi sahəsində nailiyyətlərini göstərə biləcək müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq”.

Bu təlimlərdə tərəflərin müasir texnikalardan, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə