Putin Çinə qaz ixracını altı dəfə artırmağa hazır olduğunu açıqlayıb

Putin Çinə qaz ixracını altı dəfə artırmağa hazır olduğunu açıqlayıb

Rusiya və Çin “Sibirin Gücü-2” qaz kəmərinin tikintisi ilə bağlı razılığa gəlməyə yaxındırlar. Bunu Rusiya prezidenti Vladimir Putin Moskvada Çin sədri Si Cinpinlə görüşündən sonra deyib.

Putinin sözlərinə görə, Monqolustandan keçən qaz kəmərinin layihə gücü ildə 50 milyard kubmetr təşkil edir. Bu, Rusiyanın Ukraynaya tammiqyaslı işğalı başlamazdan əvvəl işləyən “Şimal axını”nın layihə gücünə yaxındır.

Rusiya prezidentinin fikrincə, 2030-cu ilə qədər Rusiya qazının ümumi həcmi 98 milyard kubmetr olmalıdır. Əgər illik həcmdən danışırıqsa, o zaman Moskvanın hesablamalarına görə, boru kəməri qazının ixracı 2022-ci ildə onsuz da rekord həcmdə olan həcmlərlə müqayisədə təxminən 6,5 dəfə artmalıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bütün bunlar Avropaya tədarükün kəskin azalması fonunda baş verir.

Yeri gəlmişkən, “Vedomosti”nin hesablamalarına görə, 2022-ci ildə Avropa ölkələrinə ixrac düz iki dəfə – 174,7-dən 85,5 milyard kubmetrə qədər azala bilər.

Bu, Moskva ilə Avropa İttifaqı ölkələri arasında ikitərəfli sövdələşmələrin pozulması səbəbindən baş verib. Maraqlıdır ki, buna görə tərəflər bir-birini günahlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə