Fransanın Strasburq şəhərində toplaşan 33 dövlətin nümayəndələri Ukraynada Rusiya cinayətləri üzrə Xüsusi Tribunalın yaradılmasında əməkdaşlıq edirlər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” səhifəsində, onların görüşünün iki gün, 21-22 mart tarixlərində davam edəcəyini bildirib.
...Bu gün və sabah Strasburq şəhərində Ukraynaya qarşı təcavüz cinayətinə görə xüsusi tribunal yaratmaq üçün çalışan 33 dövlətdən ibarət koalisiya toplanır. Yaradılacaq tribunal bütün sonrakı Rusiya vəhşiliklərinə səbəb olan ilk cinayətə görə məsuliyyəti təmin etmək üçün çox vacibdir.
Xatırladaq ki, yanvarın 19-da Avropa Parlamenti Rusiyanın ali rəhbərliyi, xüsusən də Vladimir Putin üçün ukraynalılara qarşı cinayətlər və təcavüzə görə tribunal yaradılması haqqında qətnamənin lehinə səs verib.
Yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası Rusiya və Belarusun ali siyasi, eləcə də hərbi rəhbərliyini Ukraynaya qarşı təcavüz cinayətinə görə məsuliyyətə cəlb etmək üçün xüsusi tribunal yaradılmasını tələb edən qətnaməni dəstəkləyib.
Yeri gəlmişkən, bu il fevralın 9-da Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqına üzv dövlətlərin liderlərini Rusiya Federasiyasına qarşı tribunal və onun vurduğu zərərin ödənilməsi mexanizmini dəstəkləməyə çağırmışdı.
Qeyd edək ki, bu gün Rusiyanı təcavüzə görə cəzalandırmaq üçün birlikdə işləməyə hazır olan və ruslar demiş, onlara dost olmayan ölkələrin sayı artmaqda davam edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB