Martın 21-i axşam Tacikistanda zəlzələ baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, Düşənbədə çoxmərtəbəli binaların sakinləri tələsik evlərini tərk ediblər.
Sosial şəbəkə istifadəçilərinin məlumatlarına əsasən, yeraltı təkanlar Xocənd, Darvoz, Pencikent, Kulyab, Şəmsiddin Şoxin, Dəvəştiç və ölkənin digər şəhər və rayonlarının sakinləri tərəfindən hiss olunub.
Tacikistanın Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsi zəlzələnin martın 21-i axşam yerli vaxtla saat 21:47-də baş verdiyinə aydınlıq gətirib.
Deyilənlərə görə, 7,8 bal gücünd zəlzələnin episentri Əfqanıstanda olub. Düşənbədə təkanların gücü 5 bal təşkil edib. Tələfat və dağıntı yoxdur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB