BMT Ukraynada sülh prosesini hələlik mümkün hesab etmir

BMT Ukraynada sülh prosesini hələlik mümkün hesab etmir

ABŞ-dan sonra BMT də hazırda Ukraynada sülh prosesinin başlanmasını mümkün hesab etmir, lakin müsbət dəyişiklikləri dəstəkləməyə həmişə hazırdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu çərşənbə axşamı keçirdiyi brifinqdə Ümumdünya Təşkilatının baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib.

“Hazırda zorakılıqlar və hərbi əməliyyatların gedişi ilə bağlı gündəlik hesabatlarımızdan da göründüyü kimi, indi sülh prosesini təsəvvür etmək çox çətindir. Ancaq bu dinamika dəyişərsə, əlbəttə ki, biz bunu alqışlayacağıq və dəstəkləyəcəyik”, - deyə Haq bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə