NATO Çinə o qədər də güvənmir

NATO Çinə o qədər də güvənmir

Çinin Ukraynaya dair sülh planının bir çox müddəaları Rusiyanın yanaşmaları ilə uzlaşır və nizamlanma üçün əsas götürülə bilər.

Necə deyərlər, adın nədir Daşdəmir...yox...

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu martın 21-də Rusiya prezidenti Vladimir Putin Çin sədri Si Sinpinlə danışıqların yekunu üzrə bəyan edib.

Amma maraqlıdır ki, Putin bir az...nə isə, vurğulayıb ki, bu, yalnız Qərb və Kiyevin sülh yolu ilə nizamlanmaya hazır olacağı təqdirdə baş verəcək.

...Amma indiyədək biz onların bu cür hazırlığını müşahidə etməmişik.

Putin deyib bunu.

Vay...bu arada Putin Böyük Britaniyanın Kiyevə təkcə tanklar deyil, həm də tükənmiş uranla mərmilər tədarükünü elan etdiyini bildirib.

Yeri gəlmişkən, Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrell Çinin irəli sürdüyü təklifləri sülh planı deyil, daha doğrusu mövqe sənədi hesab edir.

Onu da deyim ki, NATO Çinə o qədər də güvənmir.

Bunu isə mən yox, Yens Stoltenberq bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə