ABŞ Ukraynaya Patriot sistemlərinin çatdırılmasını sürətləndirir

ABŞ Ukraynaya Patriot sistemlərinin çatdırılmasını sürətləndirir

ABŞ Ukraynaya Patriot raketdən müdafiə sistemlərinin təhvil verilməsini sürətləndirir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə çərşənbə axşamı CNN telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Oklahoma ştatındakı hərbi bazada bu sistemlərlə işləmək üçün təlim keçən 65 nəfərlik ukraynalı hərbçidən ibarət qrup kursu vaxtından əvvəl başa vurub.

Telekanal qeyd edir ki, çatdırılmaların sürətləndirilməsi Kiyevin genişmiqyaslı hücuma hazırlaşması ilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə