Əgər rəsmi Pekin doğrudanda Ukraynada sülh istəyirsə, bu halda Vladimir Zelenski ilə danışıqlar aparmalıdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı, martın 21-də bildirib.
O xatırladıb ki, Çin əvvəlcə Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını pisləməkdən imtina edib. İndi ÇXR-in münaqişənin həlli üçün sülh planı olduğu üçün o, Moskva ilə deyil, Kiyevlə razılaşdırılmalıdır.
...Çin Ukraynanın nöqteyi-nəzərini anlamağa başlamalı və sülh haqqında ciddi danışmaq istəyirsə, Zelenski ilə əlaqə saxlamalıdır.
Çin planı mənim dəstəklədiyim bəzi müsbət elementləri ehtiva edir, məsələn, nüvə obyektlərinin, mülki infrastrukturun qorunmasının vacibliyi, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi və s...
deyən Stoltenberq əlavə edib ki, istənilən sülh planı “Ukraynanın suverenliyinə əsaslanmalıdır”. Əgər atəşkəs onun pozulmasına və ya Ukraynanın ərazi bütövlüyünə əməl edilməməsinə gətirib çıxararsa, bu, keçilməzdir, çünki “bu, yalnız münaqişəni donduracaq”.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB