Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə order haqqında qərarı Kremldə Qərb tərəfindən "ən gözlənilməz addım" kimi qəbul edilib.
Sən demə, Rusiya hakimiyyəti hadisələrin bu cür davam edəcəyin heç də gözləmirmiş.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Meduza”ya "danosu"(?) Rusiya prezidentinin administrasiyasına yaxın mənbələr verib.
Beləliklə, qeyd olunur ki, order 2023-cü ildə Putinin imicini təbliğ edən təbliğatçıların və piarçıların qarşısını da alacaq. (...deyirəm, vay Solovyovla, Skabeevanın halına-A.B.)
Halbuki, Rusiyada prezident seçkiləri ərəfəsində onu “Qərbə qarşı mübariz”, “Latın Amerikası və Afrika ölkələrinin müstəmləkə zülmündən müdafiəçisi”, “çoxqütblü dünyanın əsas liderlərindən biri” kimi təqdim etmək istəyirdilər. Belə görünür ki, hamsı zay oldu.
Qeyd edək ki, Putin bunları özündə ehtiva etmək, özünü humanist bir lider kimi gösr üçün xaricə də səyahətlər etməli imiş.
Amma indi Putinin Rusiyadan kənara ayaq basması onun üçün təhlükəlidir. Eşitmiş olarsınız, bu günlərdə Almaniya qərar verdi, deməli, ruslar demiş, “ne day boq” əgər Putin Almaniyaya ayaq bassa yerindəcə həbs ediləcək.
O da maraqlıdır ki, Kreml yeni şəraitdə Rusiya liderinin təhlükəsizliyini necə təmin edəcəyini hələ də tam başa düşmür.
Maraqlısı bilirsiniz nədir, rusların etirafına görə, bu gün artıq hətta Müstəqil Dövlətlər Birliyi də Putin üçün təhlükəsiz məkana çevrilməyə başlayıb?
Ağasıf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB