Birləşmiş Ərəb Əmirliyi Türkiyəyə 200 ton xurma göndərib

Necə deyərlər, Allah əvəzin versin!
Birləşmiş Ərəb Əmirliyi Türkiyəyə 200 ton xurma göndərib

Birləşmiş Ərəb Əmirlikləriyi Ramazan ayı münasibətilə zəlzələdən zərərçəkən 11 vilayətə 200 ton xurma göndərib.

Fevralın 6-da Kahramanmaraşda baş verən və 11 vilayətə təsir edən zəlzələlər səbəbindən bir çox ölkə səfərbər olub. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Ramazan ayının yaxınlaşması ilə əlaqədar Birləşmiş Ərəb Əmirlikləriyi 11 şəhərə 11 yük maşını xurma göndərib.

Birləşmiş Ərəb Əmirlikləriyinin Ankaradakı səfiri Səid Sani əz-Zahiri ölkəsinin zəlzələlərdən sonra Türkiyəyə verdiyi toxunaraq Türkiyənin yanında olduqlarını bildirib.

Zahiri "Biz hər zaman Türkiyənin yanındayıq. Ramazan ayının yaxınlaşması ilə əlaqədar zəlzələdən zərərçəkənlərimizə xurma göndəririk. Xurmalarımız Qaziantepə çatdı. 11 yük maşını ilə xurma göndəriləcək. 11 vilayətin valiləri ilə razılaşdırılaraq paylanacaq”, deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə