İşə bax, mən yox, biz bu təmənnadə ikən...

İşə bax, mən yox, biz bu təmənnadə ikən...

Ötən il Belarusda vərəm xəstələrinin sayı 12,4 faiz artıb. Ümumilikdə 2022-ci ildə 1384 yeni hadisə və 279 residiv xəstəsi qeydə alınıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belaruslar ən çox COVİD-dən qorunurmuşlar, amma sən demə...

Belarus saytlarının yazdığına görə, vərəmə yoluxmuş xəstələrin ən azı Minskdə, ən çox isə Qomel vilayətində aşkar edilib.

2022-ci ildə aşkar edilmiş vərəm xəstələrinin sayında cüzi artım gözlənilən və proqnozlaşdırılan idi, amma...

Bu, COVID-19 xəstəliyinin tüğyan etdiyi əvvəlki illərdə bəzi xəstələrin kifayət qədər aşkar edilməməsi ilə bağlıdır

Bunu Belarusda tibbə məsul səlahiyyətlilər bildirib.

Yeri gəlmişkən xatırlatmağa dəyər ki, bu gün Belarusda xəstəliklə bağlı vəziyyət dünyanın digər ölkələri ilə müqayisədə elə də pis deyil.

Belə ki, respublikada xəstəlikdən ölüm səviyyəsi əhalinin hər 100 min nəfərinə 1,1 təşkil edir, deyirəm...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə