Yunanların zəlzələ bölgəsinə dəstəyi davam edir

Yunanıstanın zəlzələ bölgəsinə göndərdiyi 250 ton yardım vəsaiti Ədirnə şəhərinə çatıb.
Yunanların zəlzələ bölgəsinə dəstəyi davam edir

Fevralın 6-da episentri Kahramanmaraş olan və “əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələdən sonra Türkiyeyə dəstəyini davam etdirən Yunanıstan, paytaxt Afinanın da daxil olduğu Attika bölgəsindən 250 ton humanitar yardım materialı göndərib.

SİA Türkiyə saytlarına istinadən xəbər verir ki, yardım materialları daşıyan 67 yük maşını İpsala Sərhəd qapısından Türkiyeyə daxil olub. Qida, geyim, ədyal və təcili yardım materiallarından ibarət bağlamalar zəlzələ bölgəsinə çatdırılmaq üzrə Ədirnə stansiyasında qatara yüklənib.

Attika bölgəsi qubernatorunun müavini Vasilis Kokalis yarndım materiallarının dağıdıcı zəlzələdən zərərçəkən insanlara kömək etmək üçün Attika bələdiyyələri vasitəsilə toplandığını, qonşu türk xalqının yanında olduqlarını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə