Keçmiş baş nazir İmran Xanın rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) üzvü Atif Munsif Xanın Hayber-Paxtunxva əyalətində avtomobilinə silahlı hücum edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hücumda 10 nəfərin öldüyü açıqlanıb.
"Davn" qəzetində yer alan xəbərə görə, Abbottabad şəhərində keçmiş dövlət naziri Munsif Xan Cadunun oğlu və PTI-nin regional məmuru Atif Munsif Xanın avtomobili silahlı qrup tərəfindən hücuma məruz qalıb. Hücumda Atif Munsif Xan da daxil olmaqla 10 nəfər həyatını itirib. Polis hadisənin köhnə ədavət üzərində qurulduğunu ehtimal edir. PTI-dan bir çox siyasətçi hücuma reaksiya verib və hadisəyə aydınlıq gətirilməsini tələb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB