Media maqnatı beşinci dəfə evlənməyə hazırlaşır - FOTO

Media maqnatı beşinci dəfə evlənməyə hazırlaşır - FOTO

Avstraliya əsilli amerikalı media maqnatı Rupert Merdok beşinci dəfə evlənmək üzrədir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, 92 yaşlı iş adamı 2008-ci ildə vəfat edən məşhur amerikalı kantri müğənnisi və televiziya aparıcısı Çester Smitin dul arvadı, 66 yaşlı Enn Lesli Smitə evlilik təklifi edib.

Nişan mərasimi 14 mart Müqəddəs Patrik günündə Nyu-Yorkda baş tutub. Merdok xanıma brilyant üzük hədiyyə edib.

Smit bildirib ki, mərhum əri də iş adamı olduğu üçün Merdokla tez dil tapıb.

“Rupertlə mən eyni dildə danışırıq. Bizim oxşar düşüncələrimiz var”, - deyə qadın bildirib.

Cütlük 2022-ci ildə Smitin digər 200 qonaqla birgə Merdokun üzüm bağını ziyarət edərkən Los-Ancelesdə tanış olub. İki həftə sonra milyarder qadına zəng vuraraq görüşməyi təklif edib. Məlumata görə, toy yazın sonuna planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə