Ruslar ABŞ qırıcısına qarşı öz qırıcılarını qaldırıblar

Ruslar ABŞ qırıcısına qarşı öz qırıcılarını qaldırıblar

Rusiya hərbçiləri ötən gün ABŞ-ın iki “B-52H” strateji bombardmançı təyyarəsinin Baltik dənizi üzərində uçuşu səbəbindən “Su-35” qırıcısını havaya qaldırdıqlarını bildiriblər.

SİA xəbər verir ki, Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzindən verilən məlumata görə, Rusiya hava hücumundan müdafiə qüvvələri Baltik dənizi üzərində Rusiya Federasiyasının dövlət sərhədi istiqamətində uçan iki hava hədəfi aşkar edib.

Mərkəz əlavə edib ki, hədəflər ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki “B-52H” strateji bombardmançı təyyarəsi kimi təsnif edilib.

Bununla bağlı hava hücumundan müdafiə qüvvələrinin hava hücumundan müdafiə növbətçiliyindən bir “Su-35” qırıcısı havaya qaldırılıb. Amerika hərbi təyyarəsi Rusiya dövlət sərhədindən uzaqlaşdıqdan sonra rus qırıcısı öz baza aerodromuna qayıdıb.

Qeyd edək ki, nazirlik təyyarənin hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara ciddi riayət etməklə uçduğunu və ölkə sərhədinin pozulmasına yol vermədiyini vurğulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə